Türkiyə klubunun azərbaycanlı futbolçuya ödədiyi məbləğ EKSKLÜZİV

06.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Türkiyənin "Bursaspor" klubunun azərbaycanlı futbolçu Namik Ələskərova ödədiyi təzminat bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib. 

Hazırda TFF 3-cü liqasında (səviyyəcə 4-cü liqa) çıxış edən Bursa təmsilçisi 30 yaşlı yarımmüdafiəçəyə ümumilikdə 424 min avro (təxminən 755 min manat) ödəniş edib. 

Qeyd edək ki, 2021-ci ilin yayında "Neftçi"dən "Bursaspor"a 50 min avro qarşılığında keçən Namik Ələskərov 2022-ci ilin yayında "Sabah"a transfer olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью