Türkiyə klubunun baş məşqçisi öldürüldü Anbaan video

23.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyə III liqasında çıxış edən “Çorluspor 1947” klubunun baş məşqçisi Ersin Aka öldürülüb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, o, küçədə silahlı hücuma məruz qalıb.

Mütəxəssis Çorlu Dövlət Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hücumu həyata keçirən şəxsin tutulması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, 46 yaşında vəfat edən E.Aka ölkəsində “Adana Demirspor”, “Karşıyaka” və “Rizespor” kimi klublarda da işləyib.

Hadisənin görüntülərini təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью