Türkiyə klubunun sabiq prezidenti həbs cəzası alıb

11.11.2024

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca həbs cəzası alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli "Hurriyet" nəşri məlumat yayıb.

Buna funksionerin ötən mövsüm futbol hakimi Halil Umut Melerə hücum etməsi səbəb olub. O, 3 il 7 ay 22 gün azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023/2024 mövsümündə Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью