Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı

06.11.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью