Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

07.11.2024

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Sami Uğurlu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, dünən "Kasımpaşa"dan ayrılıb. O, "Alanyaspor"un baş məşqçisi postunda Fatih Tekkeni əvəzləyib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью