Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ankara Türkiyənin şərqində yerləşən Tunceli vilayətindən 51-ci Komando Briqadasını Aydın vilayətinin Sökə şəhərinə köçürüb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, 2 mindən çox hərbçinin xidmət etdiyi briqadanın yeni yerləşmə məntəqəsi Yunanıstanın Samos adasından cəmi 44 kilometr məsafədə yerləşir.
Avqust ayında elit hərbi birləşmənin komandanlığı briqada generalı Yaşar Karaoğluna həvalə edilib.
Briqadanın dislokasiyasının Türkiyə ilə Yunanıstan arasında Egey dənizindəki adaların demilitarizasiyası məsələsi və dəniz sərhədləri ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxta təsadüf etdiyi bildirilir.