Türkiyə kosmosa atom saatı GÖNDƏRDİ

17.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Türkiyə kosmik sənayesində mühüm mərhələni geridə qoyub.

Redaktor.az xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Milli Kosmik Proqram çərçivəsində hazırlanan "Rubidium Atom Saatı"nın (RAFS) uğurla kosmosa göndərildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, kosmik aparatdan artıq ilk siqnal qəbul edilib. Layihə Türkiyə Kosmik Agentliyinin rəhbərliyi, "TÜBİTAK UME"nin baş podratçılığı, "TÜBİTAK UZAY" və "İTÜNOVA"nın əməkdaşlığı ilə həyata keçirilib.

Bildirilib ki, atom saatı yüksək dəqiqliklə zaman ölçmə imkanına malikdir və rubidium atomunun sabit rezonans tezliyindən istifadə edir.

Qeyd olunub ki, texnologiya kosmik şəraitdə sınaqdan keçirilərək Türkiyənin rabitə, naviqasiya və peyk sistemlərinin inkişafına töhfə verəcək.

Mütəxəssislərin fikrincə, layihə gələcəkdə Türkiyənin yerli peyk sistemləri və regional mövqeləndirmə texnologiyaları üçün mühüm infrastruktur bazasının yaradılmasına imkan verə bilər.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью