Türkiyə kuboku: Alanyaspor rəqibi darmadağın elədi

05.12.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Türkiyə Kubokunun qrup mərhələsi uğrunda "Alanyaspor" 4-cü qarşılaşmasında 1-ci Liqa təmsilçisi "Çorum"a "aman" tanımayıb.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki,  "Alanyaspor" elə ilk hissədə matçın taleyini həll edib.

Aralıq dənizi komandası ilk hissədə 5 cavabsız qol vuraraq rəqibi mübarizədən kənarlaşdırıb. 

"Alanyaspor"un 5 qolundan 4-nə Stiv Mounie imza atıb. Bir qolu isə  Üçenna Ogundu vurub.

Bu qələbə ilə komanda qruplara vəsiqə qazanıb. Qrup mərhələsinin püşkatması isə bu gün keçiriləcək.

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью