Türkiyə Kuboku: Beşiktaş evində uduzdu

03.04.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Beşiktaş" - "Göztepe" matçı baş tutub.

Oxu.Az xəbər verir ki, matçda hesabı 30-cu dəqiqədə ev sahiblərindən Muçi açıb.

"Beşiktaş"ın futbolçusu Sanuç 36-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Onun səbəb olduğu cərimə zərbəsini Romulo dəqiq yerinə yetirərək, hesaba tarazlıq gətirib.

Romulo 79-cu dəqiqədə penaltidən həm özünün, həm də komandasının matçda ikinci qolunu vurub.

Matçda son nöqtəni də Romulo qoyub. O, 81-ci dəqiqədə fərqlənərək het-trikə imza atıb.

Matç 1:3 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Göztepe" yarımfinal mərhələsində "Trabzonspor"la qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью