Türkiyə Kuboku: “Beşiktaş” və “Fənərbağça” 1/4 finalda

05.03.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Kubokunda 4-cü turun oyunları keçirilir.

İdman.az xəbər verir ki, doğma meydanda “Rizespor”u qəbul edən “Beşiktaş” 4:1 hesablı qələbə qazanıb.

Qolları qaliblərdən Mikael Murilyo (27), Salih Uçan (38), O Hyun Kyu (42), Kartal Yılmaz (83), məğlublardan isə Yannis Papanikalao (85) vurublar.

C qrupunda yer alan “Beşiktaş” 4 oyundan sonra 10 xal toplayaraq adını 1/4 finala yazdırmağı bacarıb.

Qrupun digər oyununda “Fənərbağça” səfərdə “Qaziantep”i 4:0 hesabı ilə məğlub edib.

Qolları Entoni Musaba (33), Sidiki Şerif (48), Dorjeles Nene (79) və Arçi Braun (86) vurublar.

“Fənərbağça” da 1/4 finala vəsiqə qazanıb.

Qrupdakı digər oyunlarda “Beyoğlu Yeni Çarşı” gözlənilmədən “Kocaelispor”u 1:0 hesabı ilə üstələyib.

“Erzurumspor” isə “Keçiörengücü”ndən üstün olub – 4:2.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью