Türkiyə Kuboku: “Qalatasaray” finala yüksəlib

22.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Futbol üzrə Türkiyə Kubokunda ilk finalçı məlum olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal oyununda "Konyaspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "cim-bom" adını finala yazdırıb.

Yarımfinalın digər görüşündə "Trabzonspor" "Göztepe" ilə qarşılaşacaq. Matç aprelin 24-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью