futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Türkiyə Kubokunun qalibi məlum olacaq.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Trabzonspor” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Matça saat 21:45-də start veriləcək.
“Qalatasaray” Super Liqada sona üç tur qalmış ikinci pillədəki “Fənərbağça”nı 8 xal qabaqlayır. “Sarı-qırmızılar” növbəti turda heç-heçə etsə, çempionluğu rəsmiləşəcək. “Qalatasaray” bu gün də titul qazanmaqla mövsümü iki kubokla bitirmək istəyir.
“Trabzonspor” isə Super Liqada 33 turdan sonra 46 xalla 8-ci pillədədir. Qaradəniz təmssilçisi avrokuboklara vəsiqə qazanmaq üçün kuboku qazanmalıdır.