Türkiyə kubokunun finalının keçiriləcəyi məkan müəyyənləşib

17.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Türkiyə kubokunda 2024/2025 mövsümünün final matçının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

İdman.biz xəbər ki, turnirin həlledici oyunu mayın 14-də Eskişəhərdə təşkil olunacaq.

Eskişəhər Yeni Stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.

Qeyd edək ki, kubokun yarımfinalında "Qalatasaray" "Konyaspor"la, "Trabzonspor" "Göztəpə" ilə üz-üzə gələcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью