Türkiyə kubokununun finalını onlar idarə edəcəklər

12.05.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə kubokunun 2024/25 mövsümünün final matçına hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Həlledici görüşün referisi Cihan Aydın olacaq. Ona yan xətt hakimləri kimi Hakan Yemişken və Mustafa Savranlar köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Ozan Ergün yerinə yetirəcək.

Qeyd edək ki, finalda "Qalatasaray" "Trabzonspor"la qarşılaşacaq. Matç mayın 14-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью