“Türkiyə lazım gələrsə, Suriyada PKK/YPG nin nəzarətində olan əraziləri ələ keçirəcək”

06.03.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Suriyada PKK/YPG terror təşkilatının fəaliyyətini davam etdirməsinə icazə verilə bilməz”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, PKK/YPG məsələsini həll etmək üçün Dəməşq rəhbərliyinə şans verilməlidir.

“Türkiyə lazım gələrsə, PKK/YPG-nin nəzarətində olan və İŞİD üzvlərinin və onların yaxınlarının qaldığı düşərgə və həbsxanaları da ələ keçirəcək”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью