Icma.az bildirir, Reyting.az portalına istinadən.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Yunanıstanın qonşu və müttəfiq kimi qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanan açıq dialoq kanallarını saxlamalı olduğuna qəti inandığını bildirib.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə lideri bu barədə Ankarada Yunanıstanın baş naziri Kiriakos Miçotakislə danışıqların yekunlarına dair birgə mətbuat konfransında danışıb.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Yunanıstanla ikitərəfli ticarət dövriyyəsini 7 milyard dollardan 10 milyard dollara çatdırmağı hədəfləyir.
E. KAMAL