Türkiyə mayın 15 də Trampı gözləmir

14.05.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Türkiyə hakimiyyəti ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün cümə axşamı, mayın 15-də İstanbula səfər edəcəyini gözləmir.
Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Türkiyə hakimiyyəti Amerika liderinin və Rusiya prezidenti Vladimir Putinin yaxın bir neçə gün ərzində Türkiyəyə gələcəklərini də istisna etmir.
Onu da qeyd edək ki, Tramp daha əvvəl sıx Yaxın Şərq səfərini əsas gətirərək Türkiyəyə səyahət etmək fikrini nəzərdən keçirəcəyini demişdi.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью