Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin İstanbul şəhərində nikahın pozulması ilə bağlı keçirilən məhkəmə işində maraqlı məqam yaşanıb.
"Bakupost" xəbər verir ki, cütlüyün boşanma işində birlikdə sahibləndikləri 3 pişiyin qəyyumluğu qadına verilib.
Məhkəmə eyni zamanda pişiklərin baxımı üçün lazım olan xərcin ortaq qarşılanması ilə bağlı qərar çıxarıb.
Eyni zamanda kişinin pişiklərlə əlaqə saxlaması, qayğı göstərməsi tələbi məhkəmə tərəfindən rədd edilib.
Bu məsələ Türkiyə sosial şəbəkələrində gülüş doğuraraq, müzakirələrə yol açıb.