Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 37% ə endirib

22.01.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 37%-ə endirib.

"APA-Economics" bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, TCBM-nin Pul Siyasəti Komitəsi bir həftəlik repo üzrə uçot dərəcəsini 38%-dən 37%-ə endirib. Qərara əsasən, gecəlik borcvermə faizi 41%-dən 40%-ə, gecəlik borclanma faizi isə 36,5%-dən 35,5%-ə endirilib.

Qurum vurğulayıb ki, qiymət sabitliyi təmin olunana qədər sərt pul siyasəti saxlanılacaq və inflyasiya görünümü ara hədəflərdən kənara çıxarsa, monetar duruş sərtləşdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью