Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

23.01.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 47,5%-dən 45%-ə endirib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Türkiyə Mərkəzi Bankının qərarı əksər analitiklərin fikirləri ilə üst-üstə düşüb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, 2025-ci ildə ölkə hakimiyyəti uçot dərəcəsini aşağı salacaq və bu, inflyasiyanın azalmasına kömək edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью