Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları yenidən artmağa başlayıb

10.01.2025

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatları yanvarın 3-ü həftəsində 157,9 milyard dollara yüksəlib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarında yenidən artım qeydə alınıb.

TCMB-nin məlumatlarına görə, 3 yanvar həftəsində ümumi ehtiyatlar 155,1 milyard dollardan 157,9 milyard dollara yüksəlib.

Həmin həftədə xalis ehtiyatlar da 63,6 milyard dollardan 67,8 milyard dollara çatıb.

“Swap”lar istisna olmaqla xalis ehtiyatlarda da artım müşahidə olunub. Məlumatlara əsasən, 3 yanvar həftəsində “swap”lar istisna olmaqla xalis ehtiyatlar 46,7 milyard dollar olub. Əvvəlki həftədə isə bu göstərici 43,7 milyard dollar olaraq qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью