Türkiyə məşhur boğazı gəmilər üçün BAĞLADI

12.12.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi şimaldan və cənubdan üzən gəmilərin kapitanlarına boğazın iki tərəfli tranzit gəmilərə bağlandığını elan edib.

Milli.Az xəbər verir ki,bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat verib.

Qərara səbəb kimi əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan məhdud görüntü göstərilib.

"Duman səbəbindən məhdud görüntü şəraiti ilə əlaqədar olaraq, Dardanel boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda qeyd olunur

Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.

Fidan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью