Türkiyə “Meta“nı məhkəməyə vermək istəyir

22.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Türkiyənin Milli Təhsil Nazirliyi "Meta" şirkətinə qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir.

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkənin milli təhsil naziri Yusuf Tekin bildirib.

Nazir qeyd edib ki, sosial platformalarda uşaqların yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşması onların akademik və şəxsi inkişafına mənfi təsir göstərir.

"Digər ölkələrdə olduğu kimi, biz də nazirlik olaraq bu əsaslarla məhkəmə prosesinə başlayacağıq", – deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью