Türkiyə mətbuatı: Fatih Təkkə Azərbaycan millisinin BAŞ MƏŞQÇİSİ olacaq

18.01.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Türkiyəli müətəxəssis Fatih Tekke Azərbaycan yığmasının baş məşqçisi təyin olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumatı yayıb.
47 yaşlı mütəxəssis dünən AFFA-nın dəvəti ilə ölkəmizə səfər edib. O, “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olub, orada yaradılmış şəraitlə tanış olub. Türkiyəli həmkarlarımız Tekke ilə danışıqlar aparıldığını təkzib etməyiblər.
Qeyd edək ki, Fatih Tekkenin son işlədiyi klub "Alanyaspor" (2023-2024) olub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью