Türkiyə mətbuatında COP29 geniş işıqlandırıldı | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda təşkil olunan COP29 bir sıra dünya mediasında, o cümlədən Türkiyə mətbuatında da geniş işıqlandırılır.
"Dw.com.tr"saytında yer alan xəbərə görə, bu gün Azərbaycanın paytaxtı Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransı (COP29) işə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, məlumatda noyabrın 22-dək davam edəcək İqlim Dəyişikliyi Konfransında inkişaf etməkdə olan ölkələri iqlim böhranı ilə mübarizədə necə dəstəkləmək və iqlimin qorunması səylərini necə sürətləndirmək kimi əsas gündəm maddələri yer alıb.
Qeyd edilir ki, iki həftə davam edəcək danışıqlarda 200-ə yaxın ölkənin nümayəndə heyəti iştirak edəcək.
Dövlət və hökumət başçılarının çıxışları ilə başlayacaq konfransda Almaniya kansleri Olaf Şolts əvvəlcədən planlaşdırıldığı kimi çıxış etməyəcək.
Çünki Olaf Şolts Almaniyadakı hökumət böhranı səbəbindən Bakıya səfərini təxirə salıb.
Şolts Prezident Frank-Valter Ştaynmayerdən Azad Demokrat Partiyasının (FDP) maliyyə naziri Kristian Lindneri istefaya göndərməsini xahiş etdikdən sonra FDP koalisiyadan çıxdı və Almaniya federal hökuməti parlament çoxluğunu itirdi.
Tam oxu
Xəbəri oxu