Qol.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə millisi UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə uğursuzluqla yadda qalıb.
QOL.az xəbər verir ki, "ay-ulduzlular" A Liqasının 1-ci qrupunda keçirdiyi 6 oyunun hamısında məğlub olub.
Türkiyə millisi Fransaya (0:1, 1:2), İtaliyaya (1:4, 1:3) və Belçikaya (0:3, 1:2) hər iki oyunda uduzub.
Beləliklə, Türkiyə yığması qrup mərhələsini xalsız başa vuraraq sonuncu yeri tutub. Komanda rəqib qapılarına 4 qol vurub, öz qapısından isə 15 top buraxıb.
Nəticədə Türkiyə millisi Millətlər Liqasının növbəti mövsümündə B Liqasında mübarizə aparacaq. Sergen Yalçını baş məşqçi olduğu komandanın az da olsa pley-off oynamaq şansı var. Serbiya Yunanıstana ən azı 5 top fərqi ilə uduzarsa, Türkiyə pley-off mərhələsində mübarizə aparacaq. Serbiya 4 və ya daha az top fərqi ilə məğlub olarsa, yaxud xal qazanarsa, Türkiyə B Liqasına düşəcək.