Türkiyə milli 5G şəbəkəsini istifadəyə verəcək Ərdoğan tarixi açıqladı

07.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Türkiyə 2026-cı ildə beşinci nəsil mobil rabitə (5G) xidmətini istifadəyə verməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində bildirib.

“2025-ci ildə milli 5G rabitə şəbəkəsinin yaradılması çərçivəsində tender keçirəcəyik və 2026-cı ildə bu şəbəkənin ilk siqnalını alacağıq,” - deyə Ərdoğan qeyd edi.b

Qeyd edək ki, daha əvvəl ölkədə 5G şəbəkələrinin sınaqlarına başlanılıb. İstanbul Beynəlxalq Hava Limanı da daxil olmaqla, 30 təşkilata 5G-dən istifadə üçün icazə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью