Türkiyə Milli Müdafiə Nazirliyindən Zəfər təbriki

08.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında təbrik mesajı paylaşılıb.

“5 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan əbədi “Bir millət, iki dövlət” olaraq birlikdə olmağa davam edəcək”, - nazirliyin təbrik mesajında qeyd edilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью