Türkiyə millisi 26cı dəfə Avropa çempionatına vəsiqə qazanıb | Icma.az
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kişi basketbolçulardan ibarət Türkiyə millisi Avropa çempionatına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Ergin Atamanın rəhbərlik etdiyi yığma B qrupunda Macarıstan seçməsini 81:76 hesabı ilə məğlub edərək növbəti dəfə bu uğura nail olub.
Bu nəticə ilə sona iki tur qalmış qrupu ilk “üçlük”də bitirməyi təmin edən “ay-ulduzlular” 26-cı dəfə Avropa çempionatında iştirak hüququ qazanıb.
Qeyd edək ki, 2025-ci ilin avqustun 27-dən sentyabrın 14-dək təşkil olunacaq turnirə Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu