Türkiyə millisi böyükhesablı qələbə ilə A Liqasına yüksəldi

24.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Türkiyə millisi Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə Macarıstanla qarşılaşıb.

QOL.az xəbər verir ki, “ay ulduzlular” 3:0 hesabı ilə qələbə qazandığı matçda qolları Hakan Çalhanoğlu (37), Arda Gülər (39) və Abdülkerim Bardakcı (90) vurub. İlk görüşüdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Türkiyə millisi A liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə millisi tarixində ilk dəfə A liqasında mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью