Türkiyə millisi DÇ 2026 öncəsi ilk oyuna çıxır

01.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə millisi DÇ-2026 öncəsi ilk oyuna çıxır

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirəcək.

QOL.az-ın xəbərinə görə, "ay-ulduzlular"ın rəqibi Şimali Makedoniya komandası olacaq. İstanbulda "Şükrü Saracoğlu" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq və yerli ATV kanalı ilə canlı yayımlanacaq.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda isə Venesuela millisi ilə üz-üzə gələcək (7 iyun).

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью