Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

13.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Futbol üzrə Türkiyə millisi dünya çempionatında ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, D qrupunda yer alan yığma I turda Avstraliya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.

Turnirin ilk turunda daha üç görüş keçiriləcək. Bu gün saat 23:00-da B qrupunda Qətər və İsveçrə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. İyunun 13-dən 14-nə keçən gecə, saat 02:00-da C qrupunda Braziliya Mərakeşlə, saat 05:00-da isə Haiti Şotlandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью