Türkiyə millisi Gürcüstana böyük hesabla qalib gəldi

15.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Türkiyə millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda öz evində Gürcüstan ilə qarşılaşıb.

Missiya.Az xəbər verir ki, Kocaelidə keçirilən matç ev sahibi komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə millisinin heyətində Kənan Yıldız (14), Merih Demirəl (22,52) və Yünüs Akgün (35) fərqləniblər.

Gürcüstan yığmasının yeganə qolu isə Giorgi koçoraşvilinin ayağına yazılıb. O, 64-cü dəqiqədə avtoqol müəllifi olub.

Bildilib ki, İspaniya millisi 12 xalla E qrupunun lideridir. Türkiyə 9 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan Gürcüstan üçüncü, 0 xala malik Bulqarıstan isə sonuncudur.

Qeyd edək ki, matçı tribunadan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan dövlət başçısı Mixail Kavelaşvili də izləyiblər.

Daşqın Həsənov

Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью