Türkiyə millisi son oyuna çıxır Baş məşqçi dəstək istədi

25.06.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə milli komandası Dünya Çempionatı-2026-da son matçına çıxmağa hazırlaşır.
Modern.az xəbər verir ki, D qrupunun Türkiyə - ABŞ qarşılaşması sabah səhər saat 06:00-da başlayacaq. Eyni saatda Paraqvay – Avstraliya ilə oynayacaq.

Qrup mərhələsindən çıxmaq şansı olmayan Türkiyə bu oyunla Dünya Çempionatı-2026-ya vida edəcək.
ABŞ-ın Los-Anceles şəhərindəki stadionunda oynanılacaq matçı Əlcəzairdən olan hakim Mustafa Qorbal idarə edəcək.
Bu oyun ərəfəsində ABŞ 6 xalla qrupda birinci yeri tutur, Avstraliya və Paraqvayın isə hərəyə 3 xalı var.
Qrupdan çıxmaq şansı olmayan Türkiyə millisi xal qazana bilməyib.

Bu oyundan əvvəl Türkiyə milli komandasında zədəli və ya cəzalı oyunçu yoxdur. Baş məşqçi Vinçenzo Montellanın rəhbərlik etdiyi Türkiyənin 26 nəfərlik heyəti belədir:

Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”), Mert Günok (“Fənərbaxça”), Uğurcan Çakır (“Qalatasaray”)

Müdafiəçilər: Abdülkerim Bardakcı, Eren Elmalı (“Qalatasaray”), Çağlar Söyüncü, Mert Müldür (“Fənərbaxça”), Ferdi Kadıoğlu (“Brayton”), Merih Demiral (“Əl-Əhli”), Ozan Kabak (“Hoffenheim”), Samet Akaydın (“Çaykur Rizespor”), Zeki Çelik (“Roma”)

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (“İnter”), İsmail Yüksek (“Fənərbaxça”), Kaan Ayhan (“Qalatasaray”), Orkun Kökçü (“Beşiktaş”), Salih Özcan (“Borussiya Dortmund”)

Hücumçular: Arda Gülər ​​(“Real Madrid”), Barış Alper Yılmaz, Yunus Akgün (“Qalatasaray”), Can Uzun (“Ayntraxt Frankfurt”), Dəniz Gül (“Porto”), İrfan Can Kahveci (“Kasımpaşa”), Kənan Yıldız (“Yuventus”), Kerem Aktürkoğlu, Oğuz Aydın (“Fənərbaxça”).
Bu arada Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda ABŞ-la keçiriləcək oyundan əvvəl mətbuat konfransında azarkeşlərə müraciət edib.

İtaliyalı mütəxəsss komandanın fanatlarını futbolçulara hörmət etməyə və milliyə dəstək olmağa çağırıb: 

"Görürük ki, futbolçularımız çox sərt tənqid edilirlər və bu da onlara təsir göstərir. Psixoloji məqamlara diqqət yetirməliyik. Bu günə qədər komandamızın oyununa baxsaq, düşünürəm ki, futbolçularımız daha çox hörmətə və sevgiyə layiqdirlər.Səmimi desəm, bu iki oyunun statistikasına baxdıqda başqa mənzərə görürük. Əlimizdən gələni etdik, amma təəssüf ki, istədiyimiz nəticələri qazanmadıq. Komandaya gəldiyim vaxtdan bəri nümayiş etdirmək istədiyimiz futbol baxımından ən yaxşı statistik göstəricilərə nail olmuşuq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью