Türkiyə millisində iki yeni çağırış U 21 dən əsas yığmaya

01.10.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Türkiyə millisinin UEFA Millətlər Liqasında Belçika və İtaliya ilə keçirəcəyi səfər oyunları üçün heyətinə iki futbolçu əlavə olunub.
Apasport.az xəbər verir ki, U-21 millisinin heyətində yer alan Emirhan İlkhan və Yusuf Akçiçek əsas yığmaya dəvət ediliblər.
Hər iki futbolçu sentyabrın 26-da U-21 Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirilən qarşılaşmada 90 dəqiqə meydanda olub. Görüş 2:2 hesabı ilə başa çatıb.
Bu nəticə ilə Türkiyənin U-21 millisi pley-off mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, əsas milli komanda UEFA Millətlər Liqasında növbəti oyunlarını səfərdə Belçika və İtaliyaya qarşı keçirəcək.

“Qalatasaray” 121 yaşında! Mərc skandalı - "Erzurumspor"un prezidenti: "Hesab illər əvvəl açılıb" 6 qat Fransa çempionu 1 avroya satıldı Ronaldo millinin düşərgəsini tərk etdi - Yığmadakı karyerasını bitirə bilər UEFA klublara 31,5 milyon avro ödəyəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью