Türkiyə millisində Montella ilə bağlı qərar verildi

07.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyə milli komandasının UEFA Millətlər Liqasındakı uğursuz çıxışı baş məşqçi Vinçenzo Montellanın gələcəyini gündəmə gətirib.

İtaliyalı mütəxəssis turnirdə komandanın keçirdiyi dörd qarşılaşmanın hamısında məğlubiyyətlə üzləşib. Nəticələrdən sonra Montellaya yönələn tənqidlərin artdığı bildirilir.

İddialara görə, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu italiyalı çalışdırıcı ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Məlumata əsasən, Montellanın TFF ilə müqaviləsi 2028-ci il Avropa çempionatının sonuna qədər qüvvədədir. Onun illik əməkhaqqının 2 milyon 200 min avro olduğu qeyd edilir.

TFF rəhbərliyinin müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə Montellaya beş aylıq maaşı məbləğində təzminat ödəyəcəyi də məlumatlar sırasındadır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью