Türkiyə millisindən pis xəbər ulduz futbolçu heyətdən çıxarıldı

11.11.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

28 yaşlı müdafiəçi "Fənərbağça"nın heyətində Türkiyə Superliqasının XII turunda qarşılaşdıqları "Sivasspor" matçında zədələnib.

Qeyd edək ki, "ay-ulduzlular" UEFA Millətlər Liqasında noyabrın 16-da Uels, 3 gün sonra isə Monteneqro iilə qarşılaşacaqlar.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью