Icma.az, Milli.az saytına istinadən bildirir.
Türkiyə milli komandasının hazırlıq prosesinə iki yeni futbolçu qoşulub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Torino"nun yarımmüdafiəçisi Emirhan İlkhan və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda forma geyinən müdafiəçi Yusuf Akçiçek A milli komandanın düşərgəsinə dəvət alıblar.
Hər iki oyunçu ilkin olaraq Türkiyənin U-21 yığmasının heyətinə çağırılıb. Daha sonra onların A milli komandanın Rivadakı hazırlıq məşqlərində iştirak etməsinə qərar verilib.
Türkiyə millisini qarşıda UEFA Millətlər Liqasının A Liqasının I qrupunda iki oyun gözləyir. Komanda oktyabrın 2-də səfərdə Belçika ilə, üç gün sonra - oktyabrın 5-də isə İtaliya ilə üz-üzə gələcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)