Türkiyə millisinə ağır təhqir: Gedin qolf oynayın!

25.06.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Dünya çempionatında gözlənilmədən erkən mərhələdə turnirlə vidalaşan Türkiyə ssenarisi okeanın o tayında kəskin reaksiya doğurub.

Fanat.Az xəbər verir ki, Amerikanın nüfuzlu "New York Times" nəşri "ay-ulduzlular"ın çıxışını və turnirdən kənarlaşmasını çox ağır və istehzalı ifadələrlə tənqid atəşinə tutu. Qəzet, Türkiyənin çempionatın cəmi 9-cu günündə qrupu tərk etməsini "tarixin ən böyük təyyarə bileti israfı" adlandırıb.

Məqalədə rəqiblərlə müqayisə aparılaraq, Türkiyənin Haitidən cəmi 2,5 saat daha çox turnirdə tab gətirə bildiyi vurğulanıb və "Futbol mədəniyyəti yeni formalaşan Haitinin futbolçuları qarşısında Türkiyənin macərası əzilməli idi" fikirləri qeyd olunub. Komandanın meydandakı taktiki oyununu bəyənməyən ABŞ mətbuatı, uzaq məsafədən atılan zərbələri tam bir komediya, panika və məlumatsızlıq göstəricisi kimi qiymətləndirib.

Yazının sonunda isə "ay-ulduzlular"a açıq şəkildə "Futbol əvəzinə qolf oynasaydılar, daha yaxşı olardı" tövsiyəsi verilib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью