Türkiyə millisinin baş məşqçisi: Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı

14.06.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsində Avstraliya ilə oyundan sonra (0:2) açıqlama verib.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib.

Montella davamlılıq probleminə diqqət çəkib: “Davamlılıq olmayanda istər-istəməz tam performans verə bilmirsiniz. Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı”.

Baş məşqçi komandanın mübarizəsindən narazı qalmadığını, lakin son nöqtədə çatışmazlıq yaşadıqlarını deyib:

“Futbolçular çalışdı, meydanda istək var idi. Hücumda müxtəlif variantlara əl atdıq. Sadəcə, son zərbədə daha dəqiq olmalı idik”.

Montella turnirdə mübarizənin davam etdiyini vurğulayıb:

“Bu səviyyədə, belə matçlarda kiçik detallar nəticəyə təsir edir. İndi başımızı qaldırıb növbəti oyuna hazırlaşmalıyıq. Qrupda hələ hər şey bitməyib”.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda Avstraliya, ABŞ və Paraqvayla mübarizə aparır. Ay-ulduzlular qrupun növbəti matçında Paraqvayla üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью