Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqaviləyə xitam vermək barədə qərar qəbul edib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, buna yığmanın dünya çempionatındakı uğursuz çıxışı və UEFA Millətlər Liqasında ardıcıl dörd məğlubiyyət səbəb olub.
Son matçda İtaliya seçməsinə 1:3 hesabı ilə uduzan “ay-ulduzlular” turnirdə xalsız qalıb ki, bu da federasiya rəhbərliyinin narazılığına gətirib çıxarıb.
İddiaya görə, TFF rəhbərliyi italiyalı mütəxəssisə 5 aylıq məvacibini təzminat kimi ödəməklə yolları ayırmağı planlaşdırır.
Qeyd edək ki, Türkiyə millisi Vinçentso Montellanın rəhbərliyi altında keçirdiyi 40 matçda 21 qələbə, 5 heç-heçə və 14 məğlubiyyətlə yadda qalıb.