Türkiyə millisinin basketbolçusu “NBA All Star”ın heyətinə daxil edilib

08.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 fevral, AZƏRTAC

“Hyuston Rokets”in forması geyinən Türkiyə millisinin basketbolçusu Alperen Şəngün “2026 NBA All-Star”ın heyətinə daxil edilib.

AZƏRTAC xəbər verir ki, o, zədəli olan Şai Gilgeous Aleksandrın yerinə “All-Star”a seçilib.

Bununla da basketbolçu ardıcıl ikinci dəfə bu turnirdə iştirak edəcək.

Şəngün bu mövsüm keçirdiyi 44 oyunda orta hesabla 20,8 xal, 9,4 ribaund və 6,3 assistlə yadda qalıb.

“NBA All-Star” fevralın 13–15-də yeni formatla Los-Ancelesdə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью