Türkiyə millisinin DÇ 2026 da ilk matçını kim idarə edəcək?

10.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə millisinin dünya çempionatında Avstraliyaya qarşı keçirəcəyi ilk oyunu venesuelalı hakim Xesus Valensuela idarə edəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə FİFA məlumat yayıb. Ona yan xətt hakimləri Xorxe Urreqo və Tulio Moreno kömək edəcəklər. VAR hakimi funksiyasını isə perulu Maykl Orue yerinə yetirəcək.

Xatırladaq ki, Türkiyə - Avstraliya matçı iyunun 14-də Kanadanın Vankuver şəhərindəki “BC Place” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью