Türkiyə millisinin düşərgəsindən yeni xəbər

11.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə millisinin düşərgəsindən yeni xəbər

Türkiyə millisi 2026-cı il dünya çempionatında ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə 08:00-da başlanacaq.

QOL.az xəbər verir ki, yığmanın heyətində zədə səbəbindən narahatlıq yaradan Ferdi Kadıoğlu və Kenan Yıldızın son durumu müəyyənləşib.

“Sözcü” nəşrinin yaydığı məlumata görə, Ferdi Kadıoğlu tam hazır vəziyyətə gəlib. Baş məşqçi Vinçentso Montellanın Avstraliya ilə matçda onun xidmətindən yararlanacağı bildirilib.

Kenan Yıldızın vəziyyətinin isə həkim nəzarətində olduğu və futbolçunun oyunla bağlı yekun qərarın qarşılaşmaya yaxın veriləcəyi qeyd olunub.

Qeyd edək ki, Türkiyə millisi dünya çempionatının qrup mərhələsində Avstraliya, ABŞ və Paraqvay yığmaları ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью