Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə millisinin müdafiəçisi Ozan Kabak yığmanın düşərgəsini tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
25 yaşlı futbolçu məşqçilər korpusunun icazəsi ilə düşərgədən ayrılıb.
Buna səbəb onun UEFA Millətlər Liqasında ötən gün Belçikaya qarşı keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı vəziyyətə düşməsidir.
"Hoffenhaym"ın şərəfini qoruyan müdafiəçi bu səbəbdən Fransa ilə növbəti qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə millisi ötən gün Belçikaya 1:2 hesabı ilə məğlub olub. Komandanın yeganə qolunu Arda Gülər vurub. "Ay-ulduzlular" növbəti matçını noyabrın 15-də Fransaya qarşı keçirəcək.
“Lans” baş məşqçisini istefaya göndərdi Argentinada ayrılıq – Dünya çempionu komandadan gedir “Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu De Bruyne: “Diqqətimiz Arda Gülerin üzərində idi” Fernando Muslera üçün son matç – Karyerasını bitirir