Türkiyə millisinin heyəti açıqlanıb: 3 oyunçu ilk dəfə milliyə dəvət edilib

14.03.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Milli Futbol Komandasının UEFA Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində martın 20-də Cümə axşamı günü Rams Parkda, 23-də isə səfərdə Macarıstanla keçirəcəyi matçlar üçün heyət açıqlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yusuf Akçiçek, Taha Şahin və Demir Ege Tıknaz ilk dəfə ay-ulduzlu heyətə dəvət alıb.

Türkiyə milli komandasının heyətində aşağıdakı adlar yer alıb:

Qapıçılar: Berke Özer, Mert Günok, Məhəmməd Şengəzər, Uğurcan Çakır

Müdafiəçilər: Abdülkerim Bardakçı, Eren Elmalı, Kaan Ayhan, Emirhan Topçu, Merih Demiral, Mert Müldür, Yusuf Akçiçek, Samet Akaydın, Taha Şahin

Yarımmüdafiəçilər: Atakan Karazor, Dəmir Ege Tıknaz, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan

Hücumçular: Ahmet Kutucu, Barış Alper Yılmaz, Yunus Akgün, Arda Gülər, Can Uzun, Deniz Gül, Emre Mor, İrfan Can Kahveci, Oğuz Aydın, Kənan Yıldız, Kerem Aktürkoğlu 

Fərid ASLAN

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью