Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 avqust, AZƏRTAC
Türkiyə millisinin və İngiltərənin “Bornmut” komandasının futbolçusu Enes Ünal yenidən İspaniyaya qayıdır.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı hücumçu keçmiş klubu “Xetafe”də çıxış edəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, artıq tərəflər arasında danışıqlar yekun mərhələdədir.
Qeyd edək ki, Enes Ünal 2020-2024-cü illərdə də “Xetafe”nin formasını geyinib.