Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Türkiyə millisinin və "Əl-Hilal"ın müdafiəçisi Yusuf Akçiçek karyerasını Avropada davam etdirə bilər. Sport24.az xəbər verir ki, 20 yaşlı futbolçu "Lill"in maraq dairəsindədir.
Fransa təmsilçisi türk müdafiəçi üçün artıq "Əl-Hilal"la ilkin danışıqlara başlayıb. Hələ ki tərəflər arasında yekun razılıq yoxdur, amma Akçiçek özü də "Lill"ə keçməyə müsbət yanaşır.
Ən pis halda, Yusufun qışda Fransa klubuna icarəyə veriləcəyi gözlənilir. "Əl-Hilal"dan öncə "Fənərbaxça"da oynamış gənc futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2029-cu il oyunun 30-na qədərdir.