Türkiyə millisinin qapıçısı Malyorka ya doğru

25.02.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə millisinin qolkiperi Doğan Alemdar “Renn”i tərk etməyə hazırlaşır.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı qapıçısı “Malyorka”nın transfer siyahısındadır.

Hazırda İspaniya klubu Doğan üçün “Renn”ə təklif göndərib.

Türk qapıçının mövsümün sonunda İspaniyaya yollanacağı gözlənilir. Alemdarın “Renn”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Kayserispor”un yetirməsi olan qapıçı 2021-ci ildə “Renn”ə keçib və ötən mövsümü “Trua”da icarə əsasında keçirib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью