Türkiyə millisinin sabiq futbolçusu Azərbaycandan təklif aldığını açıqlayıb

27.01.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Məşqçi kimi Azərbaycan klublarından təklif almışdım.

Bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Yıldıray Baştürk deyib. Mütəxəssis vaxtilə ölkəmizin bir neçə klubunun onun xidmətlərindən yararlanmaq istədiyini deyib: “Hətta danışıqlarmız da olmuşdu. Lakin müəyyən məsələlərdə razılığa gələ bilmədik. Komandaların adını demək düzgün çıxmaz. Amma Azərbaycanda işləməyə hər zaman açıq olmuşam”.

Qeyd edək ki, Yıldıray Baştürk karyerası ərzində Almaniyanın “Boxum”, “Herta”, Bayer” (Leverkuzen), “Ştutqart” və İngiltərənin “Blakbörn” komandalarında çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью